Molla Eyyublu - Tarixi izləri daşlara həkk olunan Qərbi Azərbaycan kəndi

Molla Eyyublu - Tarixi izləri daşlara həkk olunan Qərbi Azərbaycan kəndi
Video
Siyasət 12

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Molla Eyyublu (indiki Dzoramut) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished Civilization" nəşrində yayımlanıb.

Çarizm dövrünün XIX əsrin sonlarına aid mənbələrində kənd Molla Eyyublu adı ilə, sovet dövrünün mənbələrində isə Evli kimi qeyd olunur. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Dzoramut qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

Molla Eyyublu - Tarixi izləri daşlara həkk olunan Qərbi Azərbaycan kəndi

Çar Rusiyası dövründə kənd Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı ildə kənddə 58, 1914-cü ildə 127 nəfər, 1959-cu ildə kənddə 577 nəfər, əsasən, azərbaycanlılar olub.

Qeyd edək ki, 2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəzilərində ərəb dilində XIX əsrə aid yazılar var.

Son xəbərlər