Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)
Video
Sosial 1117

  Paytaxtın Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.

"Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə küçənin 19 min 500 kvadratmetr sahəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 2 min 200 paqonmetr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub.

Ziya Səccad BAKU.WS

 

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Paytaxtın mərkəzi küçəsində təmir yekunlaşdı (FOTO, VİDEO)

Oxşar xəbərlər

Bakıda betonqarışdıran maşın aşdı (FOTO)

Bakıda betonqarışdıran maşın aşdı (FOTO)

Bu gün Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində betonqarışdıran maşın aşıb. BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində betonqarışdıran maşının sür...

1346 Hadisə 19:16 15 avqust 2015

Son xəbərlər