Olimpiya Stadionundan Ebru Gündeş açıqlaması (FOTO)
"Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı həqiqətə uyğun deyil. Bu barədə bizdə heç bir məlumat yoxdur. Düzdür, toy yiyəsi hansı müğənnini istəsə məclisinə dəvət edə bilər".
BAKU.WS anspress-ə istinadən bildirir ki, bunu Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. Onun sözlərinə görə, Ebru Gündeşin toy mərasimində iştirakı gözlənilmir.
"Biz stadionda toy keçirmirik. Biz sadəcə toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər üçün stadionu icarəyə veririk. Burdan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək. Martın 19-da stadionda toy keçirməklə bağlı bir qız bizə müraciət edib. Çılğın futbol azərkeşi olan bu xanım şad gününün futbolla bağlı olması arzusunda olub. Hətta bu barədə qız sosial şəbəkədə status paylaşıb", - deyə C.Mehdiyeva bildirib.
Bir müddət əvvəl "Bakı 2015" İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində tanınmış türk müğənnisi Ebru Gündeşin səhnəyə çıxacağı barədə xəbər yayılıb. Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq. Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir.
Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib. Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.
BAKU.WS
Oxşar xəbərlər
Olimpiya stadionundakı ilk toyu aparacaq müğənni bəlli oldu
Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub. BAKU.WS-in ans press-ə istinadən verdiyi məlumata görə...