Vitali Rəhimovun olimpiya medalı əlindən alındı

Vitali Rəhimovun olimpiya medalı əlindən alındı
İdman 1883

"Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb”. 

BAKU.WS xəbər verir ki, bunu AzVision.az-a eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. 

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Vitali Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın ağır atletinin Olimpiadadakı nəticəsi ləğv edilib

Azərbaycanın ağır atletinin Olimpiadadakı nəticəsi ləğv edilib

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Beynəlxalq Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb. BAKU.WS Report-a istinadən verdiyi məlumata görə, səbəb...

1273 İdman 09:13 27 oktyabr 2016

Son xəbərlər