Nizami Paşayevdə dopinq aşkarlandı
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb.
BAKU.WS report-a istinadən bildirir ki, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var.
N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.
Qeyd edək ki, Nizami Paşayev Pekin Olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib, 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.
BAKU.WS
Oxşar xəbərlər
Olimpiya çempionu Radik İsayev kimdir?
Azərbaycan taekvondoçusu Radik İsayev Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının çempionu adını qazanaraq xalqımıza qələbə sevinci bəxş edib. AZƏRTAC xəb...