Şarapova dopinq qalmaqalından sonra istirahətdə (FOTO)
Dünyaca məşhur tennisçi Mariya Şarapova Meksikaya istirahətə yollanıb.
BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, dopinq qalmaqalından sonra ulduz tennisçi ruhdan düşmədiyini göstərib. Mariya rəfiqəsi, tanınmış aktrisa və aparıcı Çelsi Hendler ilə Meksikanın Los-Kabos şəhərinə gedib.
Qeyd edək ki, Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. Mariya özü də mətbuat konfransı keçirərək dopinq qəbul etdiyini etiraf edib. Bundan sonra Şarapova bütün turnirlərdən məhrum edilib və müqavilələrinə xitam verilib. BMT tenisçinin xoşməramlı səfiri statusunu da əlindən alıb.
BAKU.WS
Oxşar xəbərlər
Mariya Şarapova dopinqə görə səfir titulundan məhrum olundu
Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib. BAKU.WS APA-ya isti...