Mariya Şarapova dopinqə görə səfir titulundan məhrum olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.
BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "The Guardian” nəşri məlumat yayıb.
"BMT-nin İnkişaf Proqramı işimizə verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Bununla yanaşı, son hadisələr fonunda biz Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik”, - deyə BMT-nin bəyanatında qeyd edilir.
Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi. Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. "Porshce”, İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də tennisçi ilə əməkdaşlığı dayandırıblar.
Oxşar xəbərlər
Məşhur futbolçu David Trezeqe Bakıya gəlir
1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın "Yuventus” klubunun səfiri kimi fəaliyyət...