Məşhur futbolçu David Trezeqe Bakıya gəlir

Məşhur futbolçu David Trezeqe Bakıya gəlir
İdman 1399

1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın "Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.

BAKU.WS xəbər verir ki, "Report"un AFFA-ya istinadən verdiyi məlumata görə, ötənlərin məşhur futbolçusunun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən "Yuventus” klubunun "I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı "Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir. 

Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni "Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək.

Fransalı ulduzun martın 11-də "Hilton" otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.

BAKU.WS

Oxşar xəbərlər

İkiqat Dünya Çempionu Bakıda (FOTO)

İkiqat Dünya Çempionu Bakıda (FOTO)

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gəlib. "Report" xəbər verir ki, ispan pilot paytaxtımızd...

1269 İdman 13:50 08 mart 2016

Son xəbərlər