Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər

Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər
Foto
Sosial 18

Azərbaycanda təşkil olunan futbol üzrə U-15 dünya çempionatı və festivalı matçından əvvəl aksiya keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlərin aksiyası Hövsan Yarış Kompleksində baş tutub.

Aksiya Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədi daşıyıb.

Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin vacibliyi vurğulanıb.

Tədbir Hövsan Yarış Kompleksinin 8B meydançasında keçiriləcək Burkina Faso – Yəni Kaledoniya oyunundan öncə təşkil olunub.

Qeyd edək ki, oktyabrın 24-də start verilən U-15 dünya çempionatı və festival oktyabrın 30-na qədər Hövsan Yarış Kompleksində davam edəcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Seçmə kollektiv oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər