Şarapovanın cəzası məlum oldu

Şarapovanın cəzası məlum oldu
İdman 1339

Dopinq istifadəsində şübhəli bilinən rus tennisçi Mariya Şarapova 2 il oyunlardan uzaqlaşdırılma cəzası alıb.

BAKU.WS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 yaşlı tennisçi ötən gün İngiltərənin paytaxtı Londonda təşkil edilən məhkəmədə hakim qarşısına çıxıb. Qanında Meldonyum adlı dopinqli maddə aşkarlanan Şarapova haqqında 2 il professional tennisdən uzaqlaşdırılma qərarı verilib. 

Tennisçi qərardan dərhal apelyasiya şikayəti verəcəyini bildirib. Qeyd edək ki, rus tennisçinin dopinqdən istifadə etdiyi aşkarlandıqdan sonra bir çox nəhəng idman şirkətləri onunla sponsorluq müqavilələrini saxlamışdılar. 

BAKU.WS

Son xəbərlər