Azərbaycan gimnastı qızıl medal qazanıb
20
noy
2017
20:42
Bolqarıstanın paytaxtı Sofiyada 43 ölkədən 900-dən çox gimnastın iştirakı ilə batut və tamblinq üzrə 25-ci dünya yaş qrupu yarışları keçirilib.Gənclər və İdman Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə bu qəbildən yarışlarda tamblinq cığırında ölkəmizi təmsil edən Mixail Malkin 31 iştirakçı arasında ən yüksək nəticə göstərərək qızıl medal qazanıb. M.Malkinin təsnifat mərhələsindən birinci sırada finala adlaması qızıl medala olan ümidləri daha da artırıb. Gimnastımız həlledici mərhələdə də bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın dövlət himninin səsləndirilməsinə nail olub.Dünya yaş qrupu yarışlarında ilk dəfə çıxış edən digər tamblinqçilərimiz Adil Hacızadə 11-12 yaşlı gimnastlar arasında 9-cu olub. Eyni yaş qrupunda çıxış edən Zeynəb Qasımlı 12-ci, Tofiq Əliyev isə 13-14 yaş qrupunda 13-cü yeri tutublar.Turnirdə ölkəmiz ilk dəfə olaraq batut və ikili mini batut üzrə yarışlarda da təmsil olunub. Belə ki, bu növlər üzrə yeganə iştirakçımız Selcan Maqsudova batut üzərində çıxışlarda 15-ci yerdə qərarlaşıb. Belə irimiqyaslı yarışda ilk dəfə çıxış etməsinə baxmayaraq, zərif gimnastımız ikili mini batut üzrə öz yaş qrupunda (13-14 yaş) 24 idmançı arasında finala vəsiqə qazanmağı bacarıb və yekun mərhələdə altıncı yerlə kifayətlənib.Qeyd edək ki, dünya yaş qrupu yarışları gimnastikanın üç növü – batut, aerobika və akrobatika gimnastikası üzrə Olimpiya ili istisna olmaqla hər il keçirilir. Bu yarışlar yeniyetmələr arasında dünya miqyasında ən vacib turnir hesab edilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan gimnastı dünya çempionu oldu - VİDEO
Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdü...