Azərbaycan gimnastı dünya çempionu oldu - VİDEO

Azərbaycan gimnastı dünya çempionu oldu - VİDEO
Video
İdman 1688
Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.“Report” xəbər verir ki, kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb. Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar. BAKU.WS

Oxşar xəbərlər

Hüseyin Xəlilov qızıl medal qazandı (VİDEO)

Hüseyin Xəlilov qızıl medal qazandı (VİDEO)

İdman gimnastları Azərbaycan birinciliyi üzrə yarışlarda mükafatlandırılıb. BAKU.WS-in məlumatına görə, 2009-2010-cu təvəllüdlü oğlanlar arasında idman gimnast...

1882 İdman 11:11 18 noyabr 2017

Son xəbərlər