Azərbaycanlı idmançılar dünya çempionu oldu - 3 qızıl medal (VİDEO, FOTO)
Gürcüstanın paytaxtı Tbilisidə baş tutan "Powerlifing” üzrə dünya çempionatında idmançılarımız medallar qazanıb.
BAKU.WS-in məlumatına görə, 23-25 iyun tarixlərində keçirilən yarışlarda azərbaycanlı idmançı Camal Əhmədzadə (110 kq.) ştanqla oturub-qalxma (270 kq), uzanaraq ştanqı sinəyə qaldırma (175 kq), ştanqı yerdən qaldırma (260 kq) üzrə ən yaxşı nəticələri əldə edib.
Ümumi nəticədə 705 kq. çəkinin öhdəsindən gələn Camal Əhmədzadə qızıl medalın sahibi olub. Bununla da idmançımız 3 qat Dünya Çempionu tituluna yiyələnib. Camal Əhmədzadə yarışda həmçinin, hakim kimi də iştirak edərək ölkəmizi təmsil edib.
Azərbaycanlı paralimpiyaçı, Avropa və Paralimpiya Çempionu Gündüz İsmayılov isə ümumi nəticələrə əsasən yarışda iki qızıl medal qazanıb.
Qeyd edək ki, Gündüz İsmayılov 1996-cı ildə Azərbaycanı Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində XI-ci Yay Paralimpiya Oyunlarında təmsil edib. O vətənini 67.5 çəki dərəcəsində təmsil edib. 4 ildən sonra isə Gündüz Azərbaycanı Avstraliyanın Sidney şəhərində XII-ci Yay Paralimpiya Oyunlarında təmsil edib. Elə həmin yarışlarda Gündüz karyerasının ən böyük uğurunu qazanıb. O Paralimpiya Çempionu olub. Beləliklə Gündüz İsmayılov müstəqil Azərbaycanın ilk Pralimpiya Çempionu adını qazanıb. Gündüz 2003-cü ildə Slovakiyada Avropa Çempionatında qızıl medal qazanıb. 2 fevral 2016-cı ildə Azərbaycan Repsublikasının IV Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"-na layiq görülüb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən güclü kişi gimnastı "karatenin briliyantı"nı təbrik etdi (FOTO)
Dünyanın hazırki ən güclü kişi gimnastı olan Oleq Verniyayev "karatenin briliyantı" Rafael Ağayevi qələbəsi ilə bağlı təbrik edib. BAKU.WS-in məlumatına görə...