Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub

Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub
İdman 1615

Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov qızıl medal qazanıb. 

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yer alan Ş.Ramazanov 3 görüş keçirməli olub.

O, ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən Ş.Ramazanov finalda liviyalı ilə qarşılaşmalı olub. Lakin həmin rəqib döyüşə çıxmaqdan imtina edib. 

Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub. Ona diplom və qızıl medal təqdim edilib.

Xatırladaq ki, dünya çempionatında 16 ölkə iştirak edib.  

BAKU.WS

Oxşar xəbərlər

Güləşçimiz Dünya çempionu oldu (FOTO,VİDEO)

Güləşçimiz Dünya çempionu oldu (FOTO,VİDEO)

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından (AGF) BAKU.WS-ə verilən məlumata görə, iki...

2377 İdman 09:05 01 sentyabr 2016

Son xəbərlər