ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
2027-ci il İspaniya Superkuboku ABŞ-dən daha yüksək maliyyə təklifi olmasına baxmayaraq İstanbulda keçiriləcək.
BAKU.WS xəbər verir ki, bunu Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Türkiyədən 11 milyon dollar daha yüksək təklif irəli sürüb. Lakin komandaların İstanbulda oynamaq istəyi, Türkiyə-İspaniya münasibətləri və Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı turnirin İstanbulda keçirilməsinə təsir edən əsas amillərdən olub.
Bilal Ərdoğan bildirib ki, turnirin Türkiyəyə gətirilməsi Dünya Etnospor Konfederasiyasının apardığı diplomatik təmasların nəticələrindən biri kimi qiymətləndirilə bilər.
2027-ci il İspaniya Superkuboku fevralın 2-dən 6-dək İstanbulda keçiriləcək. Turnirdə "Barselona", "Real Madrid", "Atletiko Madrid" və "Real Sosyedad" iştirak edəcək.
Yarımfinal mərhələsində "Barselona" "Atletiko Madrid", "Real Sosyedad" isə "Real Madrid"lə qarşılaşacaq. Final görüşünün fevralın 6-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, İstanbul İspaniya Superkubokuna ilk dəfə ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
Noyabrın 15-də Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı başa çatıb. Bu barədə BAKU.WS-ə Azərbaycan C...