SİZİN REKLAM BURADA!
055 213 76 73


2005-ci ildən bu yana Australian Open-in finalında "böyük üçlük"dən (Rodjer Federer, Rafael Nadal və Novak Cokoviç-red.) heç kim təmsil olunmayacaq.

BAKU.WS-in məlumatına görə, bu serb Novak Cokoviçin Australian Open-in yarımfinalında italiyalı Yannik Sinnerə 1:3 hesabı ilə məğlubiyyətindən sonra rəsmiləşib. Cokoviç sensasion şəkildə rəqibinə uduzaraq yarışı tərk edib.

Qeyd edək ki, Serbiya təmsilçisi 10 dəfə (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021 və 2023-cü ildə) Australian Open-in qalibi olub. Titulun sahibi isə 28 yanvarda keçiriləcək final matçından sonra müəyyən olunacaq. 

BAKU.WS