44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR

44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
İdman 301

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Azərbaycanın da 44 idmançısı bu yarışda mübarizə aparacaq. İdmançılarımız sabahdan etibarən yarışlara qatılacaq.

İlk olaraq Bakı vaxtı ilə saat 15:00-dan etibarən idman gimnastı İvan Tixonovun xalça üzərinə çıxacağı gözlənilir.

Olimpiadada ilk mərhələ yarışlarının tarixlərini təqdim edirik:

24 iyul

Boks

1/16 final. Tayfur Əliyev (-57 kq)

1/16 final. Lorenso Sotomayor (-69 kq)

1/16 final. Məhəmməd Abdullayev (+91 kq)

Velosiped şosesi

Elçin Əsədov

İdman gimnastikası

Təsnifat. İvan Tixonov

Cüdo

1/16 final. Kəramət Hüseynov (-60 kq)

1/16 final. Aişə Qurbanlı (-48 kq)

Üzgüçülük

100 metr batterflay. Məryəm Şeyxəlizadəxangah

400 metr qarışıq. Maksim Şemberev

25 iyul

Stend atıcılığı

Təsnifat. Emin Cəfərov

İdman gimnastikası

Təsnifat. Marina Nekrasova

Boks

1/16 final. Cavid Çələbiyev (-63 kq)

1/16 final. Alfonso Dominqes (-81 kq)

Cüdo

Orxan Səfərov (-66 kq)

26 iyul

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

1/32 final. Anna Başta

Stend atıcılığı

Təsnifat. Emin Cəfərov

Cüdo

1/16 final. Rüstəm Orucov (-73 kq)

Taekvondo

1/8 final. Fəridə Əzizova (-67 kq)

1/8 final. Milad Beiqi (-80 kq)

27 iyul

Cüdo

1/16 final. Murad Fətiyev (-81 kq)

Boks

1/8 final. Lorenso Sotomayor (-69 kq)

Badminton

L qrupunun I turu. Eydi Reski Dvikahyo

28 iyul

Cüdo

1/8 final. Məmmədəli Mehdiyev (-90 kq)

Boks

1/8 final. Tayfur Əliyev (-57 kq)

1/8 final. Alfonso Dominqes (-81 kq)

Badminton

L qrupunun II turu. Eydi Reski Dvikahyo

29 iyul

Cüdo

1/16 final. Zelim Kostoyev (-100 kq)

Boks

1/8 final. Məhəmməd Abdullayev (+91 kq)

30 iyul

Cüdo

1/16 final. Uşanqi Kokauri (+100 kq)

1/8 final. İrina Kindzerskaya (+78 kq)

1 avqust

Güllə atıcılığı

25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma I mərhələ. Ruslan Lunyov

Atletika (çəkicatma)

Təsnifat. Anna Skidan

2 avqust

Yunan-Roma güləşi

1/8 final. Rafiq Hüseynov (77 kq)

Qadın güləşi

1/8 final. Elis Manolova (68 kq)

Güllə atıcılığı

25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçmada II mərhələ. Ruslan Lunyov

3 avqust

Yunan-Roma güləşi

1/8 final. İslam Abbasov (87 kq)

Atletika (üç təkanla tullanma)

Təsnifat. Nazim Babayev

5 avqust

Sərbəst güləş

1/8 final. Turan Bayramov (74 kq)

Karate

Kumite. Firdovsi Fərzəliyev (-67 kq)

6 avqust

Sərbəst güləş

1/8 final. Hacı Əliyev (65 kq)

1/8 final. Şərif Şərifov (97 kq)

Qadın güləşi

1/8 final. Mariya Stadnik (50 kq)

Karate

Kumite. Rafael Ağayev (-75 kq)

Bədii gimnastika

Təsnifat. Zöhrə Ağamirova

7 avqust

Karate

Kumite. İrina Zaretskaya (+61 kq)

Bədii gimnastika

Təsnifat. Qrup komandası

Qeyd edək ki, artıq Olimpiadada iyulun 21-dən futbol və softbol yarışlarına, bu gündən etibarən isə kamandan oxatma və avarçəkmə yarışlarına start verilib.

Oxşar xəbərlər

Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi - YEKUN HEYƏT

Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi - YEKUN HEYƏT

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların sayı açıqlanıb. BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, artıq yekun siyahı bəllidir. Sonuncu lis...

351 İdman 20:10 05 iyul 2021

Son xəbərlər