Azərbaycanı dünyaya tanıdan çempionlarımız (FOTO)

Azərbaycanı dünyaya tanıdan çempionlarımız (FOTO)
İdman 5363

  

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

BAKU.WS-in məlumatına görə, Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub......Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi...

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycan həm də idman dövləti kimi tanıdır. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

Azərbaycanın Olimpiya çempionlarını təqdim edirik:   

Valeri Belenki

 

Valeri Belenki 14 yaşında SSRİ yığmasına dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və kubokunun sahibi olub. 1989-cu ildə dünya çempionu adını qazanıb. Cəmi bir il sonra ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda və halqalarda qızıl, atda və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafata sahib çıxıb. 1991-ci ildə dünya kubokunu qazanan Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında MDB komandasının tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə üçüncü yeri tutub. Bu yarışdan sonra Azərbaycandan ayrılan Belenki 

1995-ci ildə Almaniya yığmasının heyətində Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanıb.

Əsgərov Toğrul Şəhriyar oğlu - OLİMPİYA ÇEMPİONU

 

Toğrul Əsgərov 2012 London Olimpiadasında qızıl, 2016 Rio-de-Janeyro Olimpiadasında isə gümüş medal qazanıb. Toğrul Əsgərov Dünya Çempionatlarında, 2010-cu ildə gümüş medal qazanıb. Toğrul Əsgərov həmdə 2012-ci ildə Avropa Çempionatının qızıl medalını qazanıb. Toğrul Əsgərov həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının çempionu olub. Toğrul Əsgərov 2012-ci ildə "Şöhrət" ordeni, 2015-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2012 və 2015-ci illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb. Toğrul Əsgərov həmdə Olimpiya Oyunlarında qızıl medal qazanan ən gənc Azərbaycanlı idmançı kimi tarixə düşüb.

Şərifov Şərif Naibqadjavoviç - OLİMPİYA ÇEMPİONU

 

Avar əsilli Azərbaycanlı sərbəst güləşçi. 2008-ci ildən Azərbaycan yığmasında çıxış edir. Şərif Şərifov 2012 London Olimpiadasında qızıl, 2016 Rio-de-Janeyro Olimpiadasında isə bürünc medal qazanıb. Şərif Şərifov Dünya Çempionatlarında, 2009-cu ildə Herninqdə bürünc, 2011-ci ildə İstanbulda isə qızıl medal qazanıb. Şərif Şərifov həmdə iki dəfə Avropa Çempionatının medallarını qazanıb, (2008-cu ildə gümüş, 2011-ci ildə bürünc).

Şərif Şərifov 2012-ci ildə "Şöhrət" ordeni, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. O, həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2011 və 2012-ci illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb. Şərif Şərifov müstəqil Azərbaycanın sayca 6-cı Olimpiya çempionudur.

Mansurov Fərid Salman oğlu - OLİMPİYA ÇEMPİONU

Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır. 2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra, dünya çempionatının gümüş medalçısı olur.

2003-cü ildə bir neçə Qran-Pri turnirlərində qalib gəlir və Afina Olimpiadasına lisenziya qazanır.2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanır. 2004-cü ildə sonra üç il ərzində belindəki zədə üzündən məşq edə bilmir. 2007-ci ildə yenidən idmana qayıdır və Bakıdakı dünya çempionatında qızıl medal alır və Pekin Olimpiadasına vəsiqə əldə edir. Olimpiadada xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur.

30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir.Həmin gün o yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilir. Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə "Tərəqqi” medalı ilə, 2004-cü ildə isə "Şöhrət” ordeninə layiq görülüb.

Meftəhəddinova Zemfira Əli qızı - OLİMPİYA ÇEMPİONU

Azərbaycanlı stend atıcısı. Zemfira Meftahətdinova 2000 Sidney Olimpiadasının qızıl, 2004 Afina Olimpiadasının isə bürünc medalını qazanıb. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira Meftahətdinova müstəqil Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Meftahətdinova 1995 və 2004-cü ildə "Tərəqqi" medalı, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. 

Abdullayev Namiq Yədulla oğlu - OLİMPİYA ÇEMPİONU

Azərbaycanlı sərbəst güləşçi. Namiq Abdullayev 1996 Atlanta Olimpiadasında gümüş, 2000 Sidney Olimpiadasında qızıl medal qazanıb. Abdullayev Dünya Çempionatlarında, 2006-cı ildə bürübc, 1994, 1998, 2002-ci illərdə isə gümüş medal qazanıb. Namiq Abdullayev həmdə dəfələrlə Avropa Çempionatının medallarını qazanıb, (1994, 1995 və 2003-cü illərdə qızıl, 1997, 2006-cı illərdə gümüş, 1996-cı ildə isə bürünc medal). 

 

Namiq Abdullayev 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib. Namiq Abdullayev güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionun kimi tarixə düşüb.

 

Məmmədli Elnur Çingiz oğlu - OLİMPİYA ÇEMPİONU

Məmmədli Elnur Çingiz oğlu 1988-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən əməkdar idman ustasıdır. Respublika Olimpiya İdman Liseyni bitirib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsiul alıb.

Allahverdi Yaşarın rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlayıb. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub, dünya çempionatında II yer (Brazilya, Rio de Janeyro, 2007), Avropa çenpionatında I yer (Finlandiya, Tampere, 2007), "Dünya Kuboku ”nda I yeri tutub (2007, İtaliya, Roma).

Super Dünya Kubokunun qalibidir (Almanya, 2008).

XXIX Yay Olimpiya Oyunlarının qalibidir (2008, Pekin, Çin). 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif edilib. 2008-ci ildə Avropanın ən güclü cüdoçusu, Azərbaycanın ən yaxşı idmançısı adına layiq görülüb. Azərbaycan Respublikasının Prezdidentinin xüsusi Olimpiya təqaüdçüsüdür (2008).  

Hüseynov Nazim Qalib oğlu - OLİMPİYA ÇEMPİONU

 

Azərbaycanlı cüdoçu. Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu. O, həmdə 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa ilə yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dövlət başçısının ad günüdür

Dövlət başçısının ad günüdür

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. BAKU.WS-in məlumatına görə, dövlət başçısının 55 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci...

1023 Hadisə 09:13 24 dekabr 2016

Son xəbərlər