İlham Əliyev idmançılara ev bağışladı

İlham Əliyev idmançılara ev bağışladı
İdman 1539

 

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, mərasimdə 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.

Respublikamızda idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənəd təqdim olunub.

Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Prezident sərəncam verdi, nazirlik işçilərinin adları açıqlandı (SİYAHI)

Prezident sərəncam verdi, nazirlik işçilərinin adları açıqlandı (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam verib. BAKU.WS-in məlumatına görə, sərəncamda...

3301 Siyasət 10:17 16 dekabr 2015

Son xəbərlər