Prezident mərc oyunları ilə bağlı fərman verdi
Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman verib.
BAKU.WS AzerTac-a istinadən xəbər verir ki, prezidentin fərmanında bildirilir ki, ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün. Dövlət başçısı bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verib.
Eyni zamanda, Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda polisə yeni səlahiyyət verilib
Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə...