İlham Əliyev dövlət büdcəsi haqqında fərman verdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman verib.
BAKU.WS-in məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1377-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiq edilsin".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev "Polis haqqında" qanuna dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərənca...