Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi - YEKUN HEYƏT
Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların sayı açıqlanıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, artıq yekun siyahı bəllidir. Sonuncu lisenziya üzgüçü Məryəm Şeyxəlizadəxangaha qismət olub.
Ağırlıqqaldıran Əliş Nəzərov və üzgüçü Ramil Vəlizadənin Olimpiadada iştirak arzuları isə reallaşmayıb.
Həmçinin, bu gün xəbər verdiyimiz kimi, atlet Aleksis Kopelyo lisenziya qazansa da, zədələnib əməliyyat olunduğu üçün, yarışa qatıla bilməyəcək.
Yekun heyət isə belə olacaq:
1. Anna Skidan (Atletika - çəkicatma)
2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
21. Anna Başta (Qılıncoynatma - sablya)
22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
26. İrina Zaretska (Karate - +61 kq)
27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
36. İrina Kindzerska (Cüdo - +78 kq)
37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
39. Lorenso Sotomayor (Boks - 69 kq)
40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
44. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)
Qeyd edək ki, beş il əvvəl – 2016-cı ildə keçirilmiş Rio Olimpiadasında Azərbaycan 56 (42 kişi, 14 qadın) lisenziya ilə təmsil olunub.
Oxşar xəbərlər
Azərbaycan boksçusu Tokio-2020-yə lisenziya qazandı
Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, bu uğura boksçu Cavid Çələbiyev im...