PSJ Mbappeyə əvəz tapdı
21
yan
2024
23:15
PSJ-nin hücumçusu Kilian Mbappe müqaviləsi yayda başa çatacağı üçün komandanı tərk edə bilər.
BAKU.WS xaici mətbuata istinadən xəbər verir ki, Fransa klubu artıq onu əvəz edə biləcək oyunçu tapıb.
Məlumata görə, "Bayern" və Almaniya millisinin cinah oyunçusu Leroy Sane PSJ-də Mbappeni əvəz edə bilər.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJdə çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır.
Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə, 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
PSJ-dən Mbappeyə 400 milyonluq təklif
PSJ klubun fransalı hücumçusu Kilian Mbappeyə yeni təklif edib. BAKU.WS-in xəbərinə görə, bu barədə "RMC Sport" məlumat yayıb. Fransa klubu yay transfer pəncərə...