Mbappe PSJ ilə bağlı qərarını AÇIQLADI

Mbappe PSJ ilə bağlı qərarını AÇIQLADI
İdman 275

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubundakı gələcəyi ilə bağlı qərar verib.

BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Abdella Boulmanın sosial şəbəkələrdə məlumat yayıb.

25 yaşlı futbolçu PSJ ilə müqaviləsini yeniləməyəcək və yayda klubu tərk edəcək.

Yanvarın 8-də "Real Madrid"in fransalı hücumçu ilə artıq tam razılığa gəldiyi bildirilirdi.

Futbolçunun transferində "Liverpul" da maraqlıdır.

Lakin jurnalist Fransua Qalardonun sözlərinə görə, forvard Madrid klubuna keçmək istədiyi üçün mersisaydlıların təklifini rədd edib.

Qeyd edək ki, bu mövsüm Mbappe PSJ-nin heyətində 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun parislilərlə müqaviləsi mövsümün sonunda başa çatır.

Oxşar xəbərlər

"Real Madrid" Mbappenin yerinə Haalandı ala bilər

"Real Madrid" Mbappenin yerinə Haalandı ala bilər

"Real Madrid" "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandı almaq imkanlarını araşdırır. BAKU.WS-in xəbərinə görə, bu barədə "AS" nəşri yazır. Madrid k...

91 İdman 10:18 11 yanvar 2024

Son xəbərlər