Keyn 60 il yenilənməyən rekordu qırdı

Keyn 60 il yenilənməyən rekordu qırdı
İdman 0

Münhenin "Bayern" klubunun hücumçusu Harri Keyn Almaniya çempionatının son turunda 3 qol vurmaqla yeni rekorda imza atıb.

BAKU.WS xəbər verir ki, bununla da o bu mövsüm Münhen klubunun heyətində 16-cı qoluna imza atmış olub. Ümumilikdə isə Keynin qol+ötürmə sistemi üzrə 23 xalı yığılıb. Keyn Bundesliqada bu mövsüm 15 qola imza ataraq 14 qol vurmuş "Ştutqart"ın üzvü Seru Qirassini keçib. İngilis hücumçu həmçinin "Şalke"nin heyətində 1963/64-cü illər mövsümünün ilk 10 qarşılaşmasında 13 qol vuran Klaus Matişakın da rekordunu yeniləyib.

Xatırladaq ki, Keyn "Bayern"in heyətində bu yaydan çıxış edir. Ötən mövsüm forvard "Tottenhem"in heyətində çıxdığı 49 oyunda 32 qol vuraraq beş də məhsuldar ötürmə müəllifi olmuşdu. Keyn "Bayern"lə 2027-ci ilin iyun ayının sonunadək müqavilə bağlayıb. Almaniyanın nüfuzlu Transfermarkt portalı futbolçunu 110 milyon avro dəyərində qiymətləndirir.

Oxşar xəbərlər

"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...

"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...

441 İdman 14:40 18 oktyabr 2022

Son xəbərlər