Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1 milyondan çox tibbi xidmət göstərilib
Ötən ildən bu ilin iyul ayına kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 1 milyon 83 min 258 tibbi xidmət göstərilib.
BAKU.WS xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli xəstəxanaya təşkil olunan mediaturda məlumat verib.
Onun sözlərinə görə, bu il ərzində xəstəxanada 9 monitorinq aparılıb:
"Monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilib.
Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada bir milyondan çox tibbi xidmətin göstərilməsi sığortanın tətbiqi nəticəsində bölgə əhalisinin əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilməsinə zəmin yaradıb".
Şəhanə Xankişiyeva
Qalereya
Oxşar xəbərlər
Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını "Baku TV" ilə bölüşüb. BAKU.WS xəbər v...