Nazirlikdən Bakı və Abşerondakı çirkli hava ilə bağlı mühüm AÇIQLAMA
30
avq
2018
14:45
Atmosfer havasında müşahidə olunan tozun miqdarı açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən hava ilə bağlı VACİB MƏLUMAT - 2 gün davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən bu gü...