Bakıda tozun miqdarının artacağı barədə XƏBƏRDARLIQ

26
iyl
2018
14:35
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı xəbərdarlıq edilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən məlumat görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib.Nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait iyulun 27-dək davam edəcəyi proqnozlaşdırılır.BAKU.WS

Oxşar xəbərlər
Bu gün və sabah Azərbaycanda toz dumanı gözlənilir
Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən...