Bakıda tozun miqdarı normadan 40 faiz yuxarıdır
                            
                                29
                                mar
                            
                                2018
                                19:52
                            
                            
                        Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.ETSN-dən BAKU.WS-ə bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakını toz-duman bürüdü - Nazirlik operativ iş rejiminə keçdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 29-30...