Bakıda müşahidə olunan toz dumanının səbəbi açıqlandı

Bakıda müşahidə olunan toz dumanının səbəbi açıqlandı
Sosial 1640
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. BAKU.WS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla məlumatına görə, buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Qeyd edək ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.ŞahinBAKU.WS

Oxşar xəbərlər

Bakını bürüyən tozla bağlı RƏSMİ AÇIQLAMA

Bakını bürüyən tozla bağlı RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahi...

1659 Hadisə 15:35 10 avqust 2017

Son xəbərlər