Bakını bürüyən tozla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.
Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.
Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda oksigen seyrəkliyi yaranıb
"Son 4 gündə davam edən isti, yüksək temperatur havada oksigen seyrəkliyinin yaranmasına səbəb olub". Bunu "Report"a məlumat verən Ekologiya və Təbii Sərvətlər...