Bakıdakı təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı səmasında olan toz qatı haqda məlumat yayıb.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.
Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin bu gün bir qədər zəifləyəcəyi ehtimal edilir.
Arzu Mirzəyeva
Oxşar xəbərlər
Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ
Son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz bur...