Bakını toz bürüyəcək - RƏSMİ

Bakını toz bürüyəcək - RƏSMİ
Sosial 5293
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq olduğu müəyyən edilib.

BAKU.WS-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

"Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir", - deyə o vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Bayram gününün hava proqnozu açıqlandı

Bayram gününün hava proqnozu açıqlandı

Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Depart...

5 Şou-biznes 12:27 07 mart 2017

Son xəbərlər