Sabaha olan hava proqnozu
Bakı və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında yanvarın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17, yüksək dağlıq ərazilərdə 17-22, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Tibbi meteoroloji proqnoza əsasən, yanvarın 29-dan 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. BAKU.WS
Oxşar xəbərlər
Bu gün 15 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər...