Sabah Bakıda duman olacaq

Sabah Bakıda duman olacaq
Şou-biznes 766

Sabahın hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli 

olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim 

qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə 

isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim ş...

992 Şou-biznes 09:00 13 dekabr 2015

Son xəbərlər