Bakını bürüyən təhlükəli toz dumanı ilə bağlı YENİ RƏSMİ AÇIQLAMA
24
avq
2017
10:36
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirib, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən 23 avqust gün ərzində və 24 avqust gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.Qeyd edək ki, ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda toz qatı getdikcə artır - 40%-i keçdi (RƏSMİ)
Hazırda Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə v...