Bakıda toz qatı getdikcə artır - 40%-i keçdi (RƏSMİ)

Bakıda toz qatı getdikcə artır - 40%-i keçdi (RƏSMİ)
Hadisə 1183
Hazırda Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edirdi.BAKU.WS

Oxşar xəbərlər

Toz-dumanı ilə bağlı Bakıda operativ iş rejiminə keçildi

Toz-dumanı ilə bağlı Bakıda operativ iş rejiminə keçildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı op...

1831 Hadisə 15:09 23 avqust 2017

Son xəbərlər