Kəmaləddin Heydərov əhalinin dərdini dinləyəcək

Kəmaləddin Heydərov əhalinin dərdini dinləyəcək
Sosial 1609

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, naziri tərəfindən 25 dekabr 2015-ci il tarixində Şabran şəhərində, Şabran rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) 24 dekabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Ziya Məmmədov əhalinin dərdini dinləyəcək

Ziya Məmmədov əhalinin dərdini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də...

916 Sosial 19:00 15 dekabr 2015

Son xəbərlər