Pensiyaçıların nəzərinə!
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qəbələ rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 dekabr 2015-ci il tarixdə, saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Qəbələ rayon şöbəsində (02420) 5-06-99
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Göyçay rayon şöbəsində (02027) 4-21-35
Ucar rayon şöbəsində (02021) 3-01-17
Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət qulluğuna işə düzəlmək istəyənlərin nəzərinə!
Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS...