Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, 2015-ci ilin oktyabrın 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17.65 faiz artıb. Sentyabr ayı ərzində əlavə olaraq 327 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 500 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3 faizini (23 393 nəfər) kişilər, 11,7 faizini (3 107 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 439 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 903 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 578 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (957), Hindistan (924), Çin Xalq Respublikası (843), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (539), Pakistan İslam Respublikası (525), Ukrayna (389), Banqladeş Xalq Respublikası (367), Özbəkistan (266), Almaniya Federativ Respublikası (236), Filippin Respublikası (230), ABŞ (224), Türkmənistan Respublikası (209), Qazaxıstan Respublikası (199), Koreya (189), İtaliya Respublikası (185) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
BAKU.WS
Oxşar xəbərlər
Mobil nömrələrin daşınması xidmətindən istifadə edənlərin sayı artır
Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11548 ədəd mobil nömrə daşınıb. Rabitə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunlardan 665...