Mobil nömrələrin daşınması xidmətindən istifadə edənlərin sayı artır
Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11548 ədəd mobil nömrə daşınıb.
Rabitə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bunlardan 6650-si "Bakcell” MMC-nin şəbəkəsinə olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.
Hesabat dövründə telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cumlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin "Telekommunikasiya haqqında” Qanuna, RYTN tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilib.
Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb.
Həmçinin 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Nazir Qurban Bayramı ilə bağlı tapşırıq verdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qurban bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televizi...