"Telefon idxalında işbazlar şirkətləri 35 dəfə qabaqlayıb"

Telefon idxalında işbazlar şirkətləri 35 dəfə qabaqlayıb
İqtisadiyyat 1115

"Fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur. Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib".

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A. Əliyevin sözlərinə görə, fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur: "Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".

Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb.

Mənbə: APA 

BAKU.WS

Oxşar xəbərlər

Diqqət: WhatsApp-da fırıldaqçılar var

Diqqət: WhatsApp-da fırıldaqçılar var

Mesaj xarici ölkə hesablarından gəlir. İstifadəçi əvvəlcə "WhatsApp" adlı qrupa əlavə edilir. Ona "Whatsapp ekran görüntüləri və smayllar yeniləməsi sizin telef...

2020 Şou-biznes 15:22 08 sentyabr 2015

Son xəbərlər