Mobil telefondan istifadə edənlər üçün vacib xəbər
Azərbaycanda avqustun 22-dən etibarən Nazirlər Kabinetinin "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarı qüvvəyə minib. BAKU.WS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, yeni qərara əsasən, bir insan başqasının adına mobil nömrə ala bilməyəcək. Belə ki, müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti də əlavə olunmalıdır. Avqustun 22-dən etibarən bu dəyişikliklər tətbiq olunmağa başlayıb. Belə ki, ilkin olaraq ərizəçiyə aid məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən operatorların və MHM-in vahid məlumat bazasına daxil edilir. Bundan sonra 24 saat ərzində telefon nömrə aktivləşdirilir.
Müqavilədə abunəçinin öz mobil nömrəsini başqa şəxslərə daimi istifadəyə verilməsini, kirayəyə verilməsinəi qadağa qoyulması haqqında müddəa əlavə edilib. Sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 200 nömrəli qərarı ilə təsdiq edilib.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nazirlər Kabinetindən avtomobil yolları ilə bağlı vacib qərar
Nazirlər Kabineti "Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxla...