Nazir sosial şəbələrə qoyulan məhdudiyyətlərə aydınlıq gətirdi

Nazir sosial şəbələrə qoyulan məhdudiyyətlərə aydınlıq gətirdi
Şou-biznes 1482

  "Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook" , "WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb:

"Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən  "Skype", " Facebook", "WhatsApp" da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”. Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq:

"DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və "Google”, "Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq", - deyə nazir əlavə edib. BAKU.WS

Oxşar xəbərlər

Sosial şəbəkə manyakları (FOTO)

Sosial şəbəkə manyakları (FOTO)

Son zamanlar sosial şəbəkələr insanların həyatında ən önəmli yeri tutub. Demək olar ki, dünyada insanların 70 faizdən çoxu sosial şəbəkələrə bağlanıb. Bu üzdən...

4881 Şou-biznes 19:30 06 avqust 2015

Son xəbərlər