Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
05
okt
2026
08:31
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu idarə etdiyi "Kia Rio" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl şəhərin 10-cu mikrorayon ərazisində də avtomobilin piyadanı vuraraq öldürdüyünə dair məlumat verilmişdi.
Oxşar xəbərlər
Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi
Biləsuvar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb....