Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub.
Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.
Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin VIII sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada yol tamamilə çökdü
Qubada yolun çökməsi nəticəsində ərazidə hərəkət və qarşı tərəflə əlaqə kəsilib. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Gö...