Bakı-Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürüb
04
okt
2026
09:52
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40-45 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Ağsuda kişi qayınanasını döyüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Az...