ABŞ iki İran diplomatını ölkədən çıxarıb
ABŞ hökuməti BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş iki İran diplomatını ölkədən uzaqlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ rəsmilərindən biri "Axios"a açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, diplomatlar İran nümayəndə heyətinin ölkəni tərk etməsi ilə bağlı ABŞ Dövlət Departamentinin tələbindən sonra Nyu-Yorkda qalmaqda davam ediblər.
ABŞ rəsmisi qeyd edib ki, İran nümayəndə heyətinin daha iki üzvü BMT Baş Assambleyasının sessiyası başa çatdıqdan xeyli müddət sonra Nyu-Yorkda müəyyən edilib.
"Onlar artıq ABŞ-dən çıxarılıblar", – deyə rəsmi bildirib.
Məlumata görə, iki iranlı diplomat ABŞ ərazisini şənbə günü tərk edib.
Oxşar xəbərlər
Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi
ABŞ-li aparıcı Ancelinn Mok anasını qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. BAKU.WS xəbər verir ki, bu barədə "12news" məlumat yayıb. Vurğu...