Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq

Bakıda cüdo üzrə dünya çempionatı başlayır - 4 cüdoçumuz tatamiyə çıxacaq
İdman 6

Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

BAKU.WS-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Qadın cüdoçular arasında - 48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq.

Eyni çəkidə digər təmsilçimiz Könül Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Çilini təmsil edən Mari Di Varqas Ley olacaq.

Kişilərin - 60 kq çəki dərəcəsində isə Balabəy Ağayev və Əhməd Yusifov tatamiyə çıxacaqlar.

Balabəy Ağayev 1/16 finalda Belarus təmsilçisi Artsiom Kolasau ilə Ukrayna cüdoçusu Dilşot Xalmatov arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

Əhməd Yusifovun 1/16 finaldakı rəqibi isə Özbəkistan təmsilçisi Baxrom Boturovla Monqolustan cüdoçusu Tumenjarqal Tuvşintur arasındakı qarşılaşmanın qalibi olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək

Azərbaycan millisi Litvanı Bakıda qəbul edəcək

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti sınağına çıxacaq. BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu Azərbaycan yığması D L...

30 İdman 09:09 04 oktyabr 2026

Son xəbərlər