Əhmədlidə yanan köşkdən meyit tapıldı
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Ağayar Xanhüseyn oğlu Əliyevin meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Avtobus palçıqlı yolda batdı
Xırdalanda 135 nömrəli avtobus palçıqlı yolda batıb qalıb. BAKU.WS xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, yol...